Azərbaycanın tanınmış şairinin ailəsində ağır itki…

Azərbaycanın tanınmış ,mərhum  şairi Fikrət Sadığın ailəsinə ağır itki baş verib.

5 aprel 2021-ci il tarixində “Günay Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Sadıqov Günəl Fikrət oğlu 52 yaşında vəfat edib.

Bu barədə məlumatı Müstəqil.Az  mərhumun bacısı, istedadlı şair, publisist Aysel Fikrətdən və facebook sosial şəbəkəsində ağrılarını paylaşan qardaşı – tanınmış jurnalist  Orxan Fikrətoğludan almışdır.

Günəl bəyin dünyasını dəyişməsi öz ailəsində olduğu qədər, əməkdaşı olduğu “Günay Bank” ailəsində də çox ağır qəbul edilib.

G.Sadıqov yüksək idarəçilik, eyni zamanda peşəkarlıq qabiliyyətlləri olmuş və kollektivin dərin rəğbətini qazanmış dəyərli bir insan olub. Amalında olduğu kimi imanında, həmçinin, dostluğunda son dərəcə məsuliyyətli və qayğıkeş biri kimi tanınıb.

Yaxınlarına  və ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin!

 

Aysel Səfərli

 

Müstəqil.Az

Share: