Banqladeşdə 50 sərnişinin olduğu gəmi batdı

“Report” xəbər verir ki, bu barədə hakimiyyət nümayəndələrinə istinadən “Agence France-Presse” (AFP) bildirib.

Məlumata görə, hadisə nəticəsində azı beş insan həlak olub.

Agentliyin məlumatına görə, 11 insanı xilas etmək mümkün olub.

“Biz itkin düşənlərin dəqiq sayını bilmirik”, – agentlik yerli məmurdan sitat gətirib. Xilasedicilər sağ qalanları axtarırlar, amma polisdə qeyd ediblər ki, bu proses hava şəraitinə görə çətinləşib.

Müstəqil.Az

Share: