“Bu müharibənin qələbə ilə başa çatmaması mümkün deyildi”

Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi və Müstəqil.Az saytınıb birgə layihəsi olan “Dənizçi həyatı”nın bu dəfəki qonağı AXDG QSC XDND idarəsinin “STB-1” gəmisinin baş mexanniki Məmmədov Sifayəddin Yolçu oğludur

-Siyafəddin, uzun müddətdir dənizdə işləyirsən, baş mexannik vəzifəsində çalışırsan,  səni oxucularımızla yaxından təqdim edək.

-Mən heç bilmirəm özümü necə təqdim edim. Dənizçiyəm, həyatımın çox hissəsini bu peşədə keçirmişəm. Daha yaxından deyirsizsə 1974-cü ilin may ayının 16- da  Məmmədov Sifayəddin Yolçu oğlu Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuşamə. 1981-ci ildə Füzuli rayonu Mahmudlu-2 kənd tam orta məktəbinin 1-ci sinifinə getmişəm. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhəri Səbail rayonu 14 saylı Texniki peşə məktəbinin Tornaçı (tokar) peşəsinə qəbul olmuşam. 1992-ci ildə peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışam. Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olmuşam. 1993-1994-cü illərdə Qarabağda yerləşən “N” saylı hərbi hissəyə ezam olunmuşam. Atəşkəs elan olunduqdan sonra yeniden xidmətimi Naxçıvan bölgəsində davam etdirmişəm. Ordudan 1996-cı ildə təxris olmuşam.

-Və beləliklə mülkü həyata qayıtdıqdan sonra dənizçi həyatını seçmisən.

– Elədir. 1997-ci ildə Buzovna qəsəbəsində yerləşən Bakı Dənizçilik məktəbinin motorçu və matros peşəsinə qəbul olmuşam. 1998-ci ildə həmin məktəbi bitirib  Xəzər Dəniz Neft Donanma idarəsində işə qəbul olunmuşam. İLk işlədiyim gəmi  o “Əli Əmirov” gəmisi idi. Burada matorçu vəzifəsində işləyərək  2002-ci ildə Balıq Sənaye Texnikumuna sənədlərimi verib, gəmi mexanniki fakultəsinə qəbul olundum. 2006-cı ildə həmin məktəbi bitirib Xəzər Dəniz Neft Donanma gəmilərində dördüncü mexanik kimi əmək fəaliyyətimi davam etdirmişəm.  Hal hazırda “STB-1” gəmisində Böyük mexanik vəzifəsində işləyirəm. Ailəliyəm iki övladım var, oğlum və qızım. Hər ikisi Ali təhsil alırlar.

– Sifayəddin, haqqında dostların həmişə yaxşı fikirdə olublar. Necə düşünürsən, hər kəs üçün yaxşı adam olmaq olar?

-Vallah, necə deyim ki, hə, hər kəs üçün yaxşı olmaq olar. Bu mümkün deyil. Hər kəsin dünyaya öz baxışı var, seçim etmək hüququ var. kiminüçünsə yaxşı olan Başqası üçün sıradan bir adam da ola bilər. Mən necə doğulmuşamsa, elə o cür də varam. Dostlarım, əsasən iş yoldaşlarım, uşaqlıq illərinin birgə keçdiyim insanlardı. Əgər haqqımda xoş danışıblarsa, sağ olsunlar.

-Dənizçi həyatı sənə nələr verdi?

-Dənizdə işləməklə torpağa, Vətənə bağlığım daha da artdı. Bir vaxtlar gəzib, böyüdüyüm torpaqların işğal altında olması daima məni narahat edirdi. Dəniz mənə yaxşı, şərəfli bir ömrü, necə yaşamaq olar, necə dostlar qazanmaq olar, bunları verdi.

İşğal altında olan torpaqlarımızdan bəhs etdin. Müharibəni qələbə ilə başa vurduq, indi bir qədər rahat olarsan

-Bu müharibənin qələbə ilə başa çatmaması mümkün deyildi. Elə belə də olmalıydı. Ölkə başçısının müdrük siyasəti, dəqiq hesablanmış taktiki gedişi, müharibədən sonra dünyaya gələn gənclərdə müharibə acısının yaşadılması, onlarda mübarizə aparmaq, düşmənə qalib gəlmək hissini yaşatmaq, bütün bunlar qələbədən xəbər verirdi. Xalq-Ordu birliyi, düşənə nifrət və sair. Mən birinci Qarabağ savaşında əsgər kimi olmuşdum. 44 günlük ikinci Qarabağ savaşında, Vətən müharibəsində isə könüllü olaraq Füzuli bölgəsində gedən döyüşlər zamanı arxa cəbhədə fəaliyyət göstərdim. Əlbəttə döyüşmək istəyirdim, amma mənə nə etibar olundusa, əlimdən nə gəldisə onu da etdim. Müharibə bitdikdən sonra arxa cəbhədəki fəaliyyətimə görə “N” saylı hərbi hissə tərəfindən Fəxri fərmanla təltif olunmuşam. İndi qələbənin sevincini yaşayaraq hal hazırda Xəzər Dəniz Neft Donanma idarəsində işimi davam etdirirəm…

Söhbətləşdi: Faiq Balabəyli

Share: