Boks üzrə növbəti dünya çempionatının yeri açıqlandı

Kişilər arasında boks üzrə 2023-cü il dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Müstəqil.Az -ın məlumatına görə, bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.

Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci il dünya çempionatı 10 – 24 apreldə Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.

Müstəqil.Az 

Share: