Koronavirus: 650 mindən çox yeni yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 650 mindən çox artıb.

Müstəqil.Az  bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında belə deyilir.

Hesabata əsasən, son 24 saat ərzində 650 765 nəfər yeni koronavirusa yoluxub, 11 608 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 128 540 982, ölənlərin isə 2 808 308 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müstəqil.Az 

Share: