1731 hektar ərazi minalardan tam olaraq təmizlənib

27 sentyabrdan bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

Müstəqil.Az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə qədər 1731 ha ərazi tam olaraq təmizlənib: “Ərazilərdən 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir”.

Müstəqil.Az 

Share: