Misir prezidenti: “Süveyş kanalındakı hərəkət adi qaydada davam edir”

Süveyş kanalında “Ever Given” quru yük gəmisinin saya oturması üzündən bir neçə gün ərzində iflic olmuş hərəkət bərpa edilib.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əl-Sisi bildirib.

Gəminin qəzasına dair məsələlərin texniki ekspertlər tərəfindən ətraflı araşdırılacağını deyən dövlət başçısı bu işə şəxsən müdaxilə etməyəcəyini dilə gətirib.

Qeyd edək ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti 224 min tona yaxın olan “Ever Given” yük gəmisi Malayziyadan Niderlanda doğru hərəkət edərkən martın 23-də Süveyş kanalının 151-ci kilometrliyində saya oturub. Dünən “İnchcape Shipping” şirkəti gəmini saydan çıxardıqlarını açıqlayıb.

Müstəqil.Az

Share: