Qobustanda dəhşətli qətl

Qobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Müstəqil.Az-ın xəbərinə görə, bu gün saat 18  radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı bıçaqla həyat yoldaşının başını kəsib.

O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, araşdırma aparılır.

Müstəqil.Az

Share: