Müxalifət Paşinyanı xərçəng şişi ilə müqayisə etdi

Ermənistanda müxalifət nümayəndələri ölkənin baş naziri Nikol Paşinyanın istefa bəyanatına reaksiya veriblər.

Müstəqil.Az bildirir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

“Vətənin xilası uğrunda hərəkat”ın liderlərindən biri, “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın fəaliyyətini onkoloji xəstəliklə müqayisə edib.

“Biz şişi götürə bilmədik, ancaq yayılmasının qarşısını ala bildik. Əks təqdirdə, Ermənistanın müxtəlif bölgələrində yeni ərazilərimizi itirmiş olardıq”, – deyə Saqatelyan vurğulayıb.

O, Ermənistan baş nazirinin növbədənkənar seçkilərin köməyi ilə xilas olmağa çalışdığını bildirib. Onun sözlərinə görə, ölkədə etiraz aksiyaları baş nazirin istefasından sonra da davam edəcək.

Müstəqil.Az

Share: