Lənkəranda oğul 73 yaşlı anasını bıçaqladı

Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

Müstəqil.Az-ın verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb. Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: