ÜST rəhbərindən peyvəndlərlə bağlı ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus koronavirusa qarşı vaksinləri olan ölkələrə müraciət edərək onları yoxsul ölkələrə peyvənd yardımına çağırıb.

“Peyvəndləri olan ölkələri hədəfə çatmağımıza kömək etmək üçün ÜST tərəfindən siyahıya salınmış vaksinləri mümkün qədər çox doza ianə etməyə çağırıram”, – Qebreyesus deyib.

Publika.az xəbər verir ki, Qebreyesus bildirib ki, bu ilin artıq birinci rübü başa çatmaqda olsa da, 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir. Həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur.

O, həmçinin vaksin istehsalçılarına preparatların sürətli tədarükü ilə bağlı müraciət edərək onları özlərinin vaksinlənmə ilə bağlı şəxsi planlarını pozmadan dozaları ianə etməyi xahiş edib.

 

 

Share: