Bu dəfə dəniz quldurları İranda…

Dəniz quldurları İranın daxili sularında “T-4” adlı yedək gəmisini girov götürüblər.

Müstəqil.Az-ın əldə etdiyi məlumatlardan bəlli olur ki, girov götürülmüş gəmi özəl gəmidir.

Quldurlar gəminin və heyətin azad edilməsi üçün gəmi sahibindən 80 min dollar dəyərində pul tələb edirlər.

Gəminin dəqiq yerini müəyyən etmək mümkün olmasa da, son məlumata görə yedək gəmisi Buşer limanının şimal istiqamətində saya oturub.

Müstəqil.Az

Share: