DİN-yi tərəfindən ağacla döyülən qadının şikayətini nəzarətə götürdü

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə əri tərəfindən ağacla döyülməsi barədə fotoları yayılan qadının şikayətini nəzarətə götürüb.

DİN-in Mətbuat xidmətindən Müstəqil.Az-a verilən məlumata görə, məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Bildirilir ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Müstəqil.Az
Share: