Ramazan Abdulatipovun qardaşına 12 il həbs cəzası verildi

Dağıstanın sabiq başçısı Ramazan Abdulatipovun qardaşı, Dağıstanın keçmiş deputatı Rəcəb Abdulatipov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 illik həbsə məhkum edilib.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Moskvanın Babuşkin məhkəməsi qərar çıxarıb.

Rəcəb Abdulatipov 8 milyon rubl cərimə də ödəməlidir. Bundan əlavə, məhkəmə Abdulatipovun beş il müddətinə dövlət qulluğunda vəzifə tutmasına qadağa qoyub.

 

Rəcəb Abdulatipov rüşvət almaqda və dələduzluqda təqsirli bilinib. Məhkəmə onun “xüsusilə külli miqdarda rüşvət aldığını” sübuta yetirib.

Xatırladaq ki, Rəcəb Abdulatipov 2018-ci ilin sentyabrında tutulub.

Müstəqil.Az

Share: