Gəncədə avtomobil qəzası

Gəncə şəhərində minik və kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Müstəqil.Az  xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

“Daewoo” markalı kiçik tutumlu yük avtomobili ilə “Nissan” markalı avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərid Seyidov və daha bir nəfər xəsarət alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Müstəqil.Az

Share: