ÜST: Bu ilin sonunadək məğlub etmək mümkün olmayacaq…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda yeni növ koronavirus infeksiyasına yoluxmanın sayında azalma yox, əksinə, Avropada olduğu kimi yoluxanların sayında artım müşahidə edir.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, bunu ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.

Onun sözlərinə görə, dünyada milyonlarla insanın ölümünə səbəb olan virusu məğlub etmək çox vacibdir:

“Bu ilin sonuna qədər tam qələbənin əldə ediləcəyi inandırıcı deyil. Lakin yoluxmanı, ölümləri və xəstələnmələri azaltmaq bizim əlimizdədir”.

Share: