Türkiyəni Rusiyanın düşməni etmək üçün… – Şevçenko

Rusiyalı jurnalist Maksim Şevçenko deputat Konstantin Zatulini Türkiyəni Rusiyanın düşməni adlandırdığı üçün tənqid edib.

Müstəqil.Az xəbər verir ki, Şevçenko mövqeyini öz Teleqram səhifəsində paylaşıb. O, Zatulini Qarabağdakı erməni döyüşçülərinin məşhur lobbiçisi adlandırıb.

Şevçenko Zatulin və onun həmkarı Vitali Milonovun Rusiya və Türkiyə arasında nifrət toxumları səpdiyini bildirib.

Jurnalist deputatların üzv olduğu Vahid Rusiya Partiyasının onların bu çıxışları ilə bağlı heç bir tədbir görməməsinin faktiki olaraq deputatların mövqeləri ilə razılaşması anlamına gəldiyini söyləyib:

“Zatulini böyük ehtimalla Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan, Vitali Tretyakov, Natalya, Naroçnitskaya, Ara Abramyan və digər rus mühafizəkar vətənpərvər cəbhəsinin məşhur xadimləri müdafiə edirlər”.

Qeyd edək ki, Zatulin bundan öncə Rusiya və Türkiyə arasında 13 müharibənin olduğunu deyib və bunu Türkiyənin rus xalqına düşmən olmasının sübutu adlandırıb.

İlkin METE XAN

Share: