AXDG QSC qaçqın və məcburi köçkün ailələrini bayram sovqatı ilə sevindirib

Bu haqda Müstəqil.Az  “Dənizçilərə Sosial Dəstək” ictimai Birliyindən məlumat alıb.

Məlumatda bildirirlir ki, dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə bayram sovqatı paylayıblar.

Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ASCO-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.

Müstəqil.Az

Share: