“Pyotr Veliki” gəmisinin istismarı gecikir…

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, istismara verilməsi cari ilin may ayına planlaşdırılan gəmi 2022-ci ilin mayında istismara veriləcək.

Məlumata görə, adı çəkilən gəmi Moskva Çay-Dəniz Gəmiçiliyinə 2022-ci ilin mayında təhvil veriləcək. Gəminin cari ildə istismara verilməsinin təxirə salınması, qlobal pandemiya səbəbindən dünya üzrə müşahidə edilən məhdudiyyətlərlə bağlıdır.

“Lotos” gəmiqayırma zavodundan verilən məlumata görə, istismara demək olar ki, tam hazır olan gəminin hazırda havalandırma və kondisioner sistemləri quraşdırılır. Və artıq yaxın müddət ərzində üzən vasitənin sınaq üzüşləri həyata keçiriləcək.

İnşasına 2016-cı ilin avqusutunda başlanılan gəminin uzunluğu 141, eni isə 16.8 metr, sərnişin tutumu 310 nəfərdir.

“Pyotr Veliki” kruiz gəmisi Qara, Azov və Xəzər dənizləri ilə yanaşı Rusiyanın Avropa hissəsinin su yollarında sərnişin daşıyacaq.

Müstəqil.Az

Share: