Rusiyada koronavirusdan ölənlərin sayı 92 mini ötdü

Rusiyada son bir gündə daha 10 083 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 390 608 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 395 nəfər artaraq 92 090-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 995 129 nəfər sağalıb.

Müstəqil.Az 

Share: