Yaponiya baş naziri Baydenlə görüşəcək

Yaponiyanın baş naziri Yoşihide Suqa ABŞ prezidenti Co Baydenlə Vaşinqtonda 9 aprel tarixində görüşə biləcək. Bu barədə “RİA “Novosti” xəbər verir. Məlumata görə, Yaponiyanın Baş naziri Yoşihide Suqa 8 apreldə ABŞ-a səfər edəcək, 10 apreldə isə rəsmi səfər yekunlaşacaq.

Yaponiya nümayəndə heyətinin tərkibində təqribən 90 nəfər olacaq.

Qeyd edək ki, Y.Suqa martın 12-də hökumətin və hakim koalisiyanın rəsmi nümayəndələrinin görüşü zamanı bu səfərdən Yaponiya-ABŞ ittifaqını daha da inkişaf etdirmək üçün istifadə etməyə çalışacağını deyib.

Baş nazir ümid etdiyini bildirib ki, C.Baydenlə görüş zamanı hər iki tərəfin müxtəlif məsələlərlə bağlı fəaliyyətini əlaqələndirmək barədə razılıq əldə olunacaq. Y.Suqa belə məsələlər sırasında iqlim dəyişmələri, Çinlə bağlı problemlər, Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşları mövzularının xüsusi yer tutacağını da bildirib.

Müstəqil.Az 

Share: