Putin Əliyev və Paşinyana zəng edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.

Müstəqil.Az -ın məlumatına görə, xəbəri yayan Kremlin Mətbuat xidməti dəqiqləşdirib ki, təmaslar martın 11-i və 12-də baş tutub.

“Məmnuniyyətlə bildirilib ki, Dağlıq Qarabağda atəşkəs rejimi ciddi şəkildə yerinə yetirilir və bölgədəki vəziyyət ümumilikdə sabit və sakit olaraq qalır” – məlumatda vurğulanıb.

Liderlər keçən il noyabrın 9-da və bu il yanvarın 11-də qəbul edilən üçtərəfli bəyanatlarda qeyd olunan Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinin praktiki aspektlərini nəzərdən keçiriblər. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı məsələlərə də toxunulub və “bu kontekstdə baş nazir  müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupunun fəaliyyəti müsbət mənada qeyd edilib”.

Müstəqil.Az 

Share: