“Dana Trader” adlı gəmi Aralıq dənizində batıb

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, hadisə zamanı həlak olan və itkin düşən var.

Məlumata görə, hadisə Abu-Kir limanından 15 dəniz mili aralıda, şimal tərəfdə qeydə alınıb. Üzən vasitə İsgəndəriyyədən Beyruta səfər edən zaman qəzaya uğrayıb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində heyətin 9 nəfər üzvü xilas edilib. Misirin Hərbi Dəniz Qüvvələri bir nəfərin meyitini aşkar edib. İtkin düşmüş daha bir nəfərin axtarışları hazırda davam edir.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Müstəqil.Az

Share: