Xalq artisti Afdandil İsrafilov müğənni Elşad Qarayevlə bağlı prezident İlham Əliyevə müraciət etdi.

Xalq artisti Afdandil İsrafilov müğənni Elşad Qarayevlə bağlı prezident İlham Əliyevə müraciət etdi. “Müstəqil.az” saytı  müraciəti təqdim edir:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
 
AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ,
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÇÜSÜ, “ŞÖHRƏT” ORDENLİ
AFTANDİL İSRAFİLOV TƏRƏFİNDƏN
 
MÜRACİƏT
 
Hörmətli cənab prezident!
İcazə verin ilk növbədə İkinci Qarabağ müharibəsində Ali Baş komandan kimi qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edim. Siz Azərbaycanın tarixində torpaqları işğaldan azad edən yeganə sərkərdəsiniz. Adınızla qürur duyur, fəxr edirəm.
Siz ulu öndər Heyər Əliyevin layiqli davamçısısınız. Ulu öndər kimi Siz də incəsənət adamlarına qayğı ilə yanaşır, rifah halının yaxşılaşdırmasıyla bağlı mühüm qərarlar verirsiniz. Şəxsən mən hər addımda qayğınızı hiss edirəm.
Möhtərəm prezident!
On illərdir ki, incəsənət sahəsində çalışıram. Həmişə dövlətimiz sənətimi qiymətləndirmiş, yüksək fəxri adlar və mükafatlarla fərqləndırmışdır.
Sizə müraciət etməkdə məqsədim uzun illər mənimlə çiyin-çiyinə mədəniyyətimizə xidmət göstərən müğənni Elşad Qarayevlə bağlıdır. E. Qarayev 1980-ci ildən müğənnilik fəaliyyəti ilə məşğuldur. Məlahətli səsi ilə xalqın rəğbətini qazanmışdır. Bütün dövlət tədbirlərində aktiv iştirak edir. Dövlətə, dövlətçiliyə sadiq adamdır. Çox təəssüflər olsun ki, indiyə kimi sənətinə layiqli qiymət verilməmişdir. Yaşının altımışı keçməsinə baxmayaraq bu gün də incəsənətimizə şərəflə qulluq edir. İncəsənət adamlarına fəxri adlar veriləndə istedadlı müğənni Elşad Qarayevi də nəzərə almağınızı xahiş edirəm. İnanıram ki, onun fəxri ada layiq görülməsi sənətsevərlərin sevincinə səbəb olacaq.
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
 
Dərin hörmətlə;
Aftandil İsrafilov
Müstəqil.Az
Sin descripción disponible.
Sin descripción disponible.
Share: