Escort Paris pornmaxi.com pornblu.com

Jdanov: Bakını qoruyan “mələklər” – “Barak 8” və…

Rusiya hərbi kompleksləri, daha dəqiq desək, bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan S-200, S-300-dən başqa Bakı dünyanın digər ölkələrindən də HHM sistemi alıb. Bunlar İsrail sistemləridir. Məsələn, müasir “Barak 8” kompleksi.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Oleq Jdanov bildirib.

Onun sözlərinə görə, hazırda İsrailin “Rafael” firması tərəfindən hazırlanan hava hücumundan müdafiə sistemi “Barak 8” dünyada ən etibarlı zenit-raket kompleksi sayılır:

“Təsəvvür edin – təkmilləşdirilmiş “Barak” sistemi təyyarələri, ballistik raketləri, qanadlı raketləri, idarə olunan aviabombaları, pilotsuz uçuş aparatlarını və helikopterləri günün istənilən vaxtında, hətta çətin hava şəraitində də 10-12 km radiusda asanlıqla vura bilər. Görmə zonası 360 dərəcədir. Onun bu və ya digər istiqamətdə hərəkət edən hər şeyi məhv etmək və bununla da görmə zonasında olan obyekti müdafiə etmək qabiliyyəti bu gün dünyada ən səmərəli hesab olunur.

Yeganə mənfi cəhəti onun kiçik radiusu əhatə etməsidir (10-12 kilometr). Amma bunu qüsur hesab etmək olmaz. Əslində, “Barak” əvvəlcə gəmilərin qorunması üçün nəzərdə tutulmuşdu. Yəni, onun əsas vəzifəsi ona tapşırılan obyekti müdafiə etməkdir. Məndə olan məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında “Dəmir Qübbə” adlı bir “mələyi” də var ki, o da İsraildən alınıb.

Bu, daha geniş fəaliyyət radiusunu (70 km – red.) əhatə edən güclü bir kompleksdir. “Dəmir Qübbə”nin unikal xüsusiyyəti bütöv şəhərləri hətta reaktiv mərmilərdən, həmçinin əldəqayırma qurğulardan qorumasıdır. Hətta ABŞ 2023-cü ildə İsraildən bu qurğuları almağı planlaşdırır. Çatışmazlıqlardan yalnız onu demək olar ki, “Dəmir Qübbə” çox bahalı bir sistemdir (bir batareya – 150 kvadrat kilometr perimetr – 50 milyon dollar)”, – deyə müsahibimiz qeyd edib.

Jdanovun sözlərinə görə, bu gün Azərbaycan şəhərlərinı dünyanın ən müasir və ən güclü müdafiə sistemləri qoruyur.

Qeyd edək ki, Ermənistanın müharibə zamanı “İsgəndər”dən istifadə etməsi barədə yayılan məlumat Azərbaycanın hava hücumundan müdafiə sistemlərini gündəmə gətirib.

Müstəqil.Az

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet
- Anadolucasino