Putinlə Ərdoğan arasında telekörpü hazırlanır

“Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanması münasibətilə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telekörpü hazırlanır.

Müstəqil.Az  bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, doğrudan da “Akkuyu” AES-in üçüncü blokunun əsas tikinti mərhələsinin başlanğıcına həsr olunmuş bir mərasim hazırlanır. Həmçinin, prezidentlər Putinlə Ərdoğan arasında telekörpü təşkil etmək nəzərdə tutulub”, – Peskov əlavə edib.

O, bu yaxınlarda dövlət başçılarının videokonfransı müzakirə etdiklərini  də vurğulayıb. Həmçinin bildirib ki, telekörpüdə başqa məsələlərə dair danışıqların aparılması gözlənilmir.

Müstəqil.Az

Share: