Şəmkirdə avtomobildən oğurluq edən keçmiş məhkum tutulub

Şəmkirdə avtomobildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil.Az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisində “Mercedes” markalı avtomobildən qızıl-zinət əşyaları (3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) oğurlamaqda şübhəli bilinən Dəllər qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov saxlanılıb.

Müstəqil.Az

Share: