“Barselona”nın futbolçusu zədələndi

“Barselona” ciddi itki ilə üzləşib.

Müstəqil.Az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın futbolçusu Pedri zədələnib. 18 yaşlı  yarımmüdafiəçi La Liqanın 25-ci turunun “Sevilya” ilə səfər matçında (2:0) sıradan çıxıb.

Oyunçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Pedri bu mövsüm 25 oyuna çıxıb, 2 qola imza atıb.

Müstəqil.Az 

Share: