Escort Paris pornmaxi.com pornblu.com

“Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”

“Təəssüf ki, yenidən Ermənistan tərəfinin yalan və iftira dolu bəyanatından söz gedir. Ermənistan tərəfinin Sumqayıt hadisələri ilə bağlı əsassız iddialarını dəfələrlə cavablandırmışıq və bu gün bir daha qeyd etmək istərdim ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-i Azərbaycan SSR Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı bəyanatla çıxış etməsi və Azərbaycana qarşı ittihamlar irəli sürüməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Məlum olduğu kimi, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış, istintaq aparılmış və nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilmişdi; bu xüsusda vurğulamaq istərdim ki, onlardan altısı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən altı nəfəri öldürən və erməni millətindən olan üç qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb”.

O da bildirilib ki, 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.

“Müqayisə üçün onu da qeyd etmək istərdim ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi.

Sumqayıt hadisələri öncəsi (Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyası, Dağlıq Qarabağ Muxtar Vilayətində radikal erməni millətçilərinin aqressiv separatçılıq meyllərinin baş qaldırması, Azərbaycan SSRİ ərazisində Dağlıq Qarabağda erməni təcavüzünün ilk qurbanları olan iki azərbaycanlının öldürülməsi) və onun sonrasında baş verənlər aydın şəkildə göstərir ki, bu hadisələr bir zəncirin halqaları idi və əsas məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi planından ibarət idi.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Hazırda bölgədə hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə real əməkdaşlıq imkanlarının yarandığı bir vaxtda rəsmi Yerevanın konstruktivlik və beynəlxalq hüquqa hörmət əvəzinə yenidən, düşmənçiliyi təşviq edən, iftira dolu açıqlamalarla çıxış etməsi bu ölkənin hakim dairələrində hələ də sağlam düşüncənin çatışmadığını göstərir.

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrin icrasını təmin edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bölgədə yeni təhlükəsizlik formatı formalaşıb. Belə olan halda, elə Ermənistanın gələcək inkişafı naminə bu bəyanatın icrası ilə bağlı əməli addımlar atmaq, beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında xoş qonşuluq siyasəti yürütmək və ya öz öhdəliklərinə qarşı çıxış edərək öz xalqını uçuruma doğru aparmaq artıq Ermənistan tərəfinin edəcəyi seçimdir”.

Müstəqil.Az 

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet
- Anadolucasino