Koronavirusa 421 mindən çox yeni yoluxma qeydə alındı

Dünyada son sutka ərzində daha 421 407 nəfər koronavirusa yoluxub, 10 508 nəfər ölüb.

Müstəqil.Az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında belə deyilir.

Ümumilikdə isə dünya üzrə rəsmi olaraq 112 209 815 yoluxma hadisəsi, 2 490 776 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (176 512) payına düşüb. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 654) və Cənub-Şərqi Asiya (31 081) bölüşür.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müstəqil.Az

Share: