Azərbaycanda siyasi partiya liderlərinin vaksinasiyasına başlanıldı

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

Müstəqil.Az bildirir ki, peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir. Xəstəxana zəruri tibbi avadanlıqla təchiz edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.

Müstəqil.Az

Share: