Fərman İsmayılovun qətlə yetirildiyi gəminin heyyət üzvləri xilas edilib

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.

Müstəqil.Az-a “DSD” İB-dən daxil olan məlumatda  bildirlir ki, bu haqda  Türkiyə mətbuatı məlumat yayıb.
Məlumdur ki, yanvarın 23-də gəmiyə təşkil edilən hücumdan sonra heyətdən bu günə qədər heç bir xoş xəbər alınmamışdı.  Məlumatda bildirirlir ki, 15 nəfər heyət üzvü dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu haqda məlumat verən mətbuat girov götürülən dənizçil\rin  2-3 gün içərisində İstanbula gətiriləcəklərini bildirib.
Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı
Müstəqil.Az
Share: