Qazaxıstanın qəza ilə üzlşən gəmisinə Azərbaycan dənizçiləri yardım etdi

Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisi ASCO dənizçilərinin köməkliyi ilə sahilə gətirilib

Hadisə ilə bağlı “Turkestan”-nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək  çağırışa reaksiya verib.  Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.

Bundan sonra “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.

“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib.

Qeyd edək ki, hadisə zamanı gəmi  yüksüz olub. Heyət üzvləri isə özlərini yaxşı hiss edirlər.

Müstəqil.Az

Share: