Beş gün ərzində üç gəmiyə silahlı şəxslər tərəfindən basqın edilib

Müstəqil. Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, Asiyada Quldurluq və Silahlı Quldurluqla Mübarizə Regional Birliyinin (ReCAAP ISC) məlumat mərkəzinin verdiyi məlumata görə, 2021-ci il yanvarın 25-dən 29-a qədər bölgədə gəmilərə naməlum şəxslər tərəfindən üç dəfə hücum qeydə alınıb.

Hücuma məruz qalan ilk gəmi “Ark Royal” gəmisi olub. Gecə vaxtı 5 naməlum şəxs gəminin maşın şöbəsinə girib. Heyət üzvləri həyəcan siqnalı çaldığı üçün cinayətkarlar gəmidən əliboş qaçmağa məcbur olub.

Bir neçə gün sonra elə həmin ərazidə silahlı 10 nəfər naməlum şəxs “Elvia” gəmisinə basqın edib. Bura daxil olmuş cinayətkarlar da həyəcan siqnalı səbəbindən qaçmaq məcburiyyətində qalıblar.

Bu hadisədən 4 saat sonra “Vantage Wave” quru yük gəmisi hücumla üzləşib. Gəminin maşın şöbəsinə daxil olan 3 nəfər quldur kapitanla rastlaşdıqları üçün qaçıblar.

Müstəqil. Az

Share: