Bakıda bu şəxslərin əməkhaqları ARTDI

Bakıda muzdla işləyənlərin əməkhaqları artıb.

Müstəqil.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqında artım müşahidə olunub.

Belə ki, bu dövrdə 2019-cu ilin müvafiq dövrünə nisbətən əməkhaqları 8,1 faiz artaraq, 924,4 manat təşkil edib.

Share: