Masallıda əməliyyat: Baş həkim saxlanıldı

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.

Müstəqil.Az istinadən xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat davam etdirilir:

“Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Müstəqil.Az

Share: