AXDG QSC kollektivinə ağır itki üz verib 

Elxan Hacıyev 1961-ci il avqustun 3-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Dənizçilik fəaliyyətinə 1983-cü ildə matros kimi başlayıb. Sonralar Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif gəmilərində kapitanın üçüncü, ikinci, böyük köməkçisi üzüb. 2006-ci ildən səfərlərə kapitan kimi çıxıb, sonra bir müddət təlimatçı kapitan işləyib. 2015-ci ildən Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi təyin olunub.

Elxan Hacıyev  işlədiyi illərdə həmişə bacarığı, peşəkarlığı ilə seçilib.

Fədakar əməyi yüksək qiymətləndirilib. “Tərəqqi” medalı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

Ömrünün yarısından çoxunu Gəmiçiliyə həsr edən mahir kapitan, gözəl insan olan Elxan Hacıyev  heç vaxt unudulmayacaq, xatirəsi daim ürəklərdə yaşayacaq.

Allah rəhmət eləsin.

ASCO-nun rəhbərliyi

Share: