Bayden ilk xarici səfərini bu ölkəyə edəcək

ABŞ-ın yeni prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk səfərini Böyük Britaniyaya edə bilər.

Bu barədə “Deyli Teleqraf” məlumat yayıb.

Ehtimal edilir ki, Bayden Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) toplantısında iştirak edəcək.

Nəşrin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

Müstəqil.Az

Share: