İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olundular

İsveç kralı və kraliçası koronavirusa qarşı peyvənd olunublar.

Müstəqil.az xarici KİV-ə istinadən xəbər verir ki, kral Karl XVI Qustav və kraliça Silviya yaşadıqları Stenhammar qalasında vaksin vurdurublar.

“Ölkəmizdə COVID-19-a qarşı böyük vaksinasiya həyata keçirilir. Ümid edirəm ki, yaxın aylarda biz birlikdə və mümkün qədər tez vaxtda bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik”, – deyə kral bildirib.

Share: