Sabirabadlı şəhidlərdən kitab yazılır

Sabirabad rayonundan II Qarabağ müharibəsi zamanı şəhid olan əsgərlərimiz haqda, tanınmış şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı Şahnaz Şahin kitab yazır.

Bu haqda Müstəqil.Az-a müəllif özü məlumat verib.

Şairə xanım bu əməli ilə çox xeyirxah bir işə imza atır. 44 günlük Vətən Müharibəsi zamanı  vətənpərvər şair müharibə mövzusunda davamlı olaraq müxtəlif janrlarda əsərlər yaradaraq qəhrəman Ordumuzun, cəsur əsgərlərimizin qələbələrindən söz açmışdır. Bununla da şair, daha bir möhtəşəm layihəyə öz imzasını atmaq qərarına gəlib.

O, Sabirabad rayonundan ikinci Qarabağ müharibəsində şəhid olan döyüşçülərin haqqında araşdırma apararaq yazıb dərc etdirdiyi və yazmaqda olduğu digər yazılarını kitab halında nəşr etdirməklə  şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün misilsiz bir addım atır.

Bu nəcib və vətənpərvər işində Şahnaz Şahinə redaksiyamız adından  uğurlar arzulayırıq.

Müstəqil.Az

Share: