Baydenin andiçmə mərasimində əlavə təhlükəsizlik tədbirləri görüləcək

 

Vaşinqtondakı iğtişaşlar fonunda ABŞ təhlükəsizlik qüvvələri yeni seçilmiş prezident Co Baydenin 20 yanvar tarixində andiçmə mərasimi ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək.

Bu barədə “Fox News”a danışan ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin müavin Ken Kuçinelli bildirib.

“Amerika andiçmə mərasiminin etibarlı şəkildə həyata keçiriləcəyinə tam əmin ola bilər”, – deyə K.Kuçinelli söyləyib.

Qeyd edək ki, ötən gün Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.

Təhlükəsizlik qüvvələri onları binadan çıxarmağa nail olub.

Toqquşmalar nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.(oxu.az)

Share: