Şəhid Şəmədov Kamran haqqında – Oğuz Alparslanın döyüş xatirələri…

Səmədov Kamran Ceyhun oğlu (Lənkəran)
Kamran Lənkəranlı idi, 1 ci manqa komandiri olan Kamranın üzündən gülüş əksik olmazdı, onun əsəbi vaxtı ilə sakit vaxtını ayırd etmək mümkünsüz idi, ciddi sözü belə gülümsəyərək deyərdi.
Manqa komandiri kimi komanda verəndə belə , düzülün qardaşlar deyərdi.
Qəribə bir xüsusiyyəti vardı, düzülün qardaşlar deyən kimi başlayardı üst başını səliqəyə salar hərbi kəmərini də açıb yenidən bağlayardı.
Şən,gülərüz idi.
Həm də mülki həyatında öz kiçik biznesi vardı deyirdi ki mən alverçiyəm. Pal-paltar satıram
(kişi geyimləri) inşallah müharibə bitsin hamınız mənim müştərim olacaqsınız)
O sözün əsl mənasında alverçi idi, nəyinsə mübahisəsini başladısa çürüyünü çıxarana qədər danışardı, sonda onunla razılaşmamaq mümkün deyildi))))
Bir dəfə söhbət əsnasında dedi ki, ən qonaqpərvər bölgə cənubdur , həm süfrəmiz həm də qonaqpərvərliyimiz fərqlidir. Bircə ləvəngimiz bütün yeməklərə dəyər, heçbir yerdə Lənkəranda bişən ləvəngidən yoxdur.
Elə bu sözü demişdi ki, hər bir tərəfdən dedi ki, Gələcəyik Lənkərana ləvəngi yeməyə, gülə-gülə qayıtdı ki, —Qardaşlar bir dəqiqə eee siz zarafat da qanmırsız? Ə sizə ləvəngi çatdırmaq olar? Onda gərək cücə fabrikini satın alım)))
Heç unutmaram.Hər xırda şeyin mübahisəsini edən Kamran bir gün Döyüşçü yoldaşımız Nəbiyev Turalla mübahisə etdi və qardaşlar küsdü.
(əbləhlər də inandı)
Mübahisə əsnasında bir-birlərindən incidilər.
Biz onları barışdırmaq üçün üz-üzə gətirdik biri-birlərinə baxdılar.Kamran da peşman olaraq Turala: — Yekə oğlansa ə qız kimi hər şeydən küsürsən, qardaşlar da bir-birindən küsər?
Tural— mən səndən küsüb eləməişəm ama sən düz danışmırsan hər şeyin mübahisəsini edirsən.
Kamran— biz nə qədər dalaşsaq da sən mənim qardaşımsan sənə birşey olsa birinci özüm ataram özümü o alovun içinə ama qoymaram səni o odun alovun içində qalasan.
Tural— heç mən də səni qoymaram qardaşım ! Deyərək Tural Kamranı qucaqladı. Qardaşlar yenidən qucaqlaşdı.
Kamranla çox zirvələr aşdıq, çox döyüşlər gördük, ac qaldıq, susuz qaldıq. Lakin onun susuzluqdan çatlamış dodaqlarından təbəssüm heç vaxt əskik olmadı.
Zarafatlarından qalmırdı, ən sevimli sözü isə müraciət edərkən Qardaşlar deyə müraciət etməsi idi.
Birlikdə yeni zirvələr fəth edir , yeni postlar alırdıq yağı düşmənlərin əlindən.
Yenidən daha bir zirvəyə qalxmalı olduq.
Gecə idi, yenidən növbəti zirvəni fəth etmişdik. Gecə səhərə kimi mövqe qurub yer qazdıq , çünkü bilirdik ki, səhərə yaxın mütləq nəsə olacaq.
Biz mütləq əlverişli mövqe qurmalıydıq.
Və o gözlədiyimiz an gəldi, həqiqətən də yanılmamışdıq, səhərə yaxın döyüş başladı. Kamran Bölük komandiri ilə çiyin-çiyinə döyüşürdü. Düşmən eyni zamanda ağır artileryadan istifadə edirdi.
Kamran gözləmədiyi anda düşmənin atdığı Minamyot mərmisi düz onun mövqe tutduğu yerə düşmüş və Kamran ağır qəlpə yarası almışdı.
Yenicə barışdığı,qardaş dediyi Tural özünü ona yetirəndə Kamran arxasını qayaya söykəyib ona baxırdı.
Turalın gəldiyini görüb gülümsədi.
Əlinə bir ağac götürüb tək əli ilə iki yerə böldü və yenə gülümsədi.
Kamran— Qorxma qardaş hələ də taqətim var.
Kamranla eyni anda Bölük komandiri də snayper gülləsinə tuş gələrək yaralanmışdı.
Bir zamanlar bir-birlərinə səni od alovun içində qoymaram deyən Tural Kamranın qoluna girib döyüş meydanından uzaqlaşdırmağa can atırdı. Eyni zamanda Əliniyaz da Bölük komandirini çıxardırdı hər ikisi onları xilas etmək üçün var gücləri ilə çalışırdılar.
Döyüş meydanından uzaqlaşmağa az qalmış yenə minamyot səsi duyuldu böyük partlayışdan sonra tüstü dumana qarışmış göz-gözü görmürdü.
Tural qolundan qəlpə yarası almışdı və qulaqları eşitmirdi.
Və qardaşım deyə qışqırırdı. Çünkü Kamran yenidən Qəlpə yarası almış və son nəfəsini vermişdi.
Bölük komandiri də Kamran da Qəlpə yarasından dünyasını dəyişdi.
Bu çox ağır səhnə idi, Turalın göz yaşları dayanmırdı. Axı o var gücü ilə qardaşını xilas etməyə çalışmışdı.
Lakin Kamran artıq Müqəddəs zirvəyə çatmış Şəhidlik zirvəsinə ucalmışdı.
Biz səni də unutmayacağıq qardaşım.
Şəhidlər ölməz!
Sən bizim qəlbimizdə daim qardaşlar deyərək gülmsəyən Kamran olaraq qalacaqsan.
Qardaşın
Oğuz AlpArslan
Müstəqil.Az
La imagen puede contener: 1 persona, exterior
Share: