ABŞ-dakı etirazlar zamanı 4 nəfər öldü

ABŞ Konqresi qarşısındakı etiraz aksiyaları zamanı ümumilikdə 4 nəfərin öldüyü təsdiqlənib.

Müstəqil.Az xəbər verir ki, bunu mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

O bildirib ki, Konqres binasında bir qadın güllə yarasından ölüb.

“Bundan başqa, 3 vətəndaş da həyatını itirib”, – R.Konti qeyd edib.

Müstəqil.Az

Share: