Dənizçinin iki əsgər oğlu

Xəbər verdiyimiz kimi, Müstəqil.Az və  Dənizçilərə Sosial Dəstək İctimai Birliyi  yeni bir lahiyə üzərində işləyir. Vətən müharibəsinin iştirakçıları olan dənizçilərimiz və dənizçi ailəsinin övladları haqqında məqalələr yazmaq və  kitab haləında nəşr etməklə ASCO və digər dənizçilik şirkətlərinin əməkdaşları haqda enisklopedik yaddaş kitabı olacaq lahiyə start verilib.

Kitabda Birinci və ikinci Qarabağ savaşının iştirakçıları olan bütün dənizçi və dənizçi  ailə üzvüləri haqqında məlumatlar yer alacaq.

Belə dənizçilərdən biri də AXDG QSC XDND idarəsinin “Orion-23″gəmisinin baş mexanniki Rzayev Çingizin oğllanları Süleyman və Fuadddır.

Süleyman ADDA-nın məzunudur.

2001-ci ilin 24 iyulunda  Sumqayıt şəhərində anadan olan Fuad isə Qərbi Kaspian kollecinin tələbəsidir. Fuad “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.  Hazırda hər iki qardaş cəbhədədir və düşmən üzərində qazanılan parlaq qələbədə onların da payı var.
F.Balabəyli 

 

Share: