ASCO-nun böyük mühafizəçisi, qalib əsgər…

Baxışov Nəsib Adil oğlu  1989-cu ilin fevral ayının 12-də  Cəbrayıl rayonunun Niyazqullar kəndində doğulub. Orta məktəbə də elə doğma kəndlərində gedib. 

Ömrünün uşaqlıq və yeniyetməlik dövrü Qarabağda, doğulduğu kənddə keçib. Böyüyüb əsgər yaşəna çatanda isə çoxdan idi ki, yurdu işğal altında idi. Bəzən üzündə, gözündə təbəssüm olsa da, ürəyində elinin, obasının işğal altında olmasının ağrısını çəkib, acısını yaşayıb Nəsib.
O vaxta qədər Ki Azərbaycan Ordusunun Ali Baş Komandanın gözlənilən, “Hücum” əmri verildi. Bu əmrdən sonra könüllü olaraq orduya yazılmaq üçün müraciət etdi. və bu ilin noyabr ayının 5-də növbə ona da çatdı, döyüşə yollandı
Orduya yolda düşən ərəfədə ASCO Mühafizə idarəsində böyük mühafizəçi vəzifəsində çalışırdı. Mühafizə işçisi olmasının da orduda müsbət tərəfləri üzə çıxdı. Baxışov Nəsib sərvaxt və ayıq sayıq olması ilə seçildi. Döyüş zamanı əsgərlərinizin düşmənə vurduğu sarsıdıcı zərbələrdə onun da xidməti az olmadı. 
 Cəbrayıl və Qubadlıdam keçdi onun döyüş yolu. Qısa, lakin  xatırəsi bir ömürdən də çox olacaq döyüşçü həyatı yaşadı. İndi, ordudan tərxis olunub, doğma kollektivə qayıdıb. 
Uğurları bol olsun.
F.Balabəyli
Share: