Türkiyə hərbçilərini Azərbaycana göndərdi

Türkiyə hərbçiləri briqada generalının komandanlığı altında Azərbaycana yola düşüblər.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı NTV televiziyası yayıb. Türkiyə hərbçilərin Rusiya ilə birgə müşahidə mərkəzində xidmət aparacağı bildirlib. Mərkəzin 2021-ci ilin yanvarının ilk həftəsində fəaliyyətə başlayacağı qeyd edilib.

Müştərək mərkəz üçün ilk mərhələdə Azərbaycana 25 əsgərin gəldiyi vurğulanıb. Növbəti həftələrdə bu rəqəmin 60-a qalxacağı bildirilib.

İlkin METE XAN

 

 

Share: