Paşinyan GERİ ADDIM ATDI: Ermənistan növbədənkənar seçkilərə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparır.

Publika.az xəbər verir ki, hökumət başçısı bu barədə feysbuk səhifəsində yazıb.

O bildirib ki, bütün suallara cavab tapmaq üçün yalnız bir yol var – növbədənkənar parlament seçkiləri keçirmək.

Paşinyan parlament qüvvələrini, habelə erkən seçkilərin keçirilməsində maraqlı olan parlamentdənkənar partiyaları məsləhətləşmələrə dəvət edir.

 

Xatırladaq ki, müxalifət qüvvələri və tərəfdarları Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın milli maraqlarına xəyanət etməkdə günahlandırılaraq istefasını tələb edirlər.

Müxalifət liderləri və fəalları vaxtaşırı hüquq-mühafizə orqanlarına çağırılır, tutulanlar var.

 

Müstəqil.Az

Share: