AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan var

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Müstəqil.Az – ın məlumatına görə bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Müstəqil.Az

Share: