Rusiyanın hərbi dəniz qüvvələri üçün təyyarə daşıyan gəmi inşa edilir

Birləşmiş Gəmiqayırma Korporasiyası “Sevmaş” gəmiqayırma zavodunda yeni gəmi inşa etdirəcək

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, yeni gəminin layihələndirilməsinə və inşasına Müdafiə Nazirliyinin müsbət qərarından dərhal sonra start veriləcək.

Gəminin inşasının ümumi dəyəri digər ölkələr ilə müqayisədə bir neçə dəfə daha ucuz başa gələcək.

Birləşmiş Gəmiqayırma Korporasiyası öncə Hindistan üçün təyyarə daşıyan gəmi inşa etdirmişdi.

Müstəqil.Az

Share: