Tanrıya söylərsən, söndürsün günəşini zəhmət olmasa

Çalğın  MƏHƏMMƏD 

KARANTİN

 
Səni bağrıma basa bilmirəm əgər
Nəyimə lazimdir qucağım?
Səni öpə bilmirəm əgər
Nəyimə lazimdir dodaqlarım?
Səninlə bir çay içə bilmirəm əgər
Tarqovıdakı bu kaffələri nə üçün tikmişlər?
Səninlə gəzə bilmirəmsə bu xiyabanlarda günorta çağı
Tanrıya söylərsən, söndürsün günəşini zəhmət olmasa
Onsuzda…..
Sənin gözlərinin karantinindəyəm
 
 
Dünya, öz başına fırlananda
Küçələrin şərab qoxusunu yuyanda bələdiyə işçiləri
Və polislər ərbablarının ceblərini qoruyanda diskoların qarşında
Mən,öz evimdəydim onda
Dünyanın üzünə qıfıllamışdım qapımı
Və divarlardan aslanan fotoqraflarına baxırdım bütün saatlar
Yəni…
Baxışlarının karantinindəydim
 
 
Məni incidən o qədər şeylər var ki
Məsəla,biri sənsən
Nə qədər tənha olduğumu düşünmürsən
Biri gözlərin
Gözlərin öncədən günəşidir
Sonra qaranlığa çevrildi
Saat bilmirəm neçədir qara gözlüm
Tarqovya yağış yağır ahəstə
Otağındakı pəncərənin pərdəsini aç lütfən
Onsuzda….
Saçlarının karantinindəyəm

Rəssam

 
…..və sən
Hey!!
Əziz rəssam
Uzaqları yaxınlara çəkəbilərsənmi??
****
Telvezyanın qarşısında oturub xəbərləri izləmək
Və onları izləməməkdə haalımızı yaxşılaşdırmır
 
Kim deyir sülh insanın halını yaxşılaşdırır?
Heç cəngdə insanın halını yaxşılaşdırmır
 
Məgər ölüm insanın halını yaxşılaşdırır?
Heç yaşamda insanın halını yaxşılaşdırmır
 
Qara saçlarından ayrıldım bir payız gecəsi
Ayrılmasaydım nə olardı yəni?
 
Küçənizdən keçirdim hər gecə və pəncərənizə boylana boylana baxırdım
Və keçməsəydim və baxmasaydım nə olardı yəni?
 
Əllərindən və yanaqlarından öpərdim hər gün
Öpməsəydim nə olardı yəni?
 
Deyirdim səninlə yaşamaq halımı yaxşılaşdırar
Sənsizdə yaşamaq halımı yaxşılaşdırmır
 
Nədən inanırıq bir zad var halımızı yaxşılaşdırar?
Və heç zad halımızı yaxşılaşdırmır
****
Yollar yalandır
Dənizlər də
yollar da
 yalandır, dostum
Onçün….
Ayaqlarıma inanıram. Yollara yox
Bulaqlara inanıram. Dənizlərə yox
Mənim göylərdə nə işim var??
Aynadakına inanıram
Aynadakına!!!
*****
Yuxarıda, ALLAH
Aşağıda, Peyğəmbərlər
Lap aşağıda, Şairlər
Filim oynayırlar insanlara illərdir
 
ALLAH,
Gizlənir filimlərdə
Peyğəmbərlər,
Artestlərdilər,ölüm fitvasi verirlər hər bölümdə
Və şairlər……
Şairlər olmasaydı,
Yer kürəsində filimlər olmazdı
VAHİDLƏR DİKTATOR OLAR
 
 
Sən,ağzından qorx insan oğlu!
Orandan qorx!!!!
 
 
Qaşlarından qorxma!
Sağ qaşın düz dursada
Qan quyusunun üstündə bitən əyri ağacdır sol qaşın
 
 
Gözlərindən şübhən olmasın!
Sağ gözün,yorqanını üstünə çəkib yatsada
Günəşə doğru açılan bir dünyadır sol gözün
 
 
Qorxma qulaqlarından!
Gövərçinlər yumurta basdırsalarda sağ qulağında
Səsləri sənə qaytaracaq sol qulağın
 
 
Əllərindəndə hakəza!
Sağ əlin balta olsa da
Sol əlin yapraqdır, üstünə kəpənək qonmuş
 
 
Ayaqlarından qorxma
Təqlidçi olsada sağ əyağın
Sol əyağın etirazdır
 
 
Əl at bu pərdəni açaq diktatorun üstündən
Açdın!!
Və vahidlərin diktator üzləri göstərildi yer kürəsində
Share: